Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:31

ATƏT sədri Azərbaycanda görüşlərə axşam başlayacaq


İyunun 13-ü axşama yaxın ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eamon Gilmore Bakıya səfərə gəlir.

ATƏT-in Bakı ofisindən AzadlıqRadiosuna verilən məlumata görə Eamon Gilmore bu gün o, Azərbaycandakı siyasi partiya təmsilçiləri ilə görüşəcək. İyunun 14-də isə ATƏT sədri Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri, Milli Məclisin sədr müavini Bahar Muradova, baş nazir Artur Rasizadə və Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşlər keçirəcək.

Görüşlərdə ATƏT-in regionda fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlər müzakirə olunacaq. XİN rəhbəri ilə görüşdən sonra jurnalistlər üçün birgə mətbuat konfransı olacaq.

ATƏT-in fəaliyyətdə olan sədri Eamon Gilmore-un regiona səfəri iyunun 11-də Ermənistandan başlayıb. Ötən gün o, Gürcüstanda olub. Səfər iyunun 14-də Azərbaycanda yekunlaşacaq.
XS
SM
MD
LG