Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:21

Cəbhədəki gərginliyin səbəbi, yuxarı eşelondan verilən sifarişlər...


Mətbuat icmalı

Mətbuat icmalı

EKS-PREZİDENTLƏR HAQQINDA QANUN QƏBUL OLUNDU

«Azərbaycan» qəzeti Milli Məclisin «Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında» Konstitusiya qanununu təsdiq etməsinə diqqəti yönəldir. Qeyd olunur ki, 2011-ci ilin noyabr ayında parlamentin qəbul etdiyi bu sənəd Konstitusiya qanunu olduğu üçün o 6 aydan sonra yenidən təkrar səsverməyə çıxarılıb.

JURNALİSTİN HƏBSİ SİFARİŞDİR

«Azadlıq» qəzeti «Daha bir jurnalist həbs olundu» adlı yazıda foto-bloqqer, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı Mehman Hüseynovun polis tərəfindən saxlanmasından yazır. Qəzet RATİ-nin rəhbəri Emin Hüseynovdan sitat gətirərək qeyd edir ki, «Mehmanın həbsi hakimiyyətin ən yuxarı eşelonundan verilən sifarişin nəticəsidir».

AYAZ MÜTƏLLİBOV QAYIDIR

«Bizim yol» qəzeti bildirir ki, müstəqil Azərbaycanın ilk prezidenti, Azərbaycan Sosial Demokrat Partiyasının (ASTP) həmsədri Ayaz Mütəllibov gələn həftə Bakıya qayıdacaq. Qəzetə müsahibəsində ASTP-nin digər həmsədri Araz Əlizadə isə Mütəllibovun artıq siyasətdən getdiyini deyib.

CƏBHƏDƏ GƏRGİNLİYİN SƏBƏBLƏRİ

«Yeni Azərbaycan» qəzetində YAP icra katibi, deputat Əli Əhmədov bildirir ki, Azərbaycan öz ərazilərini qorumaq, bərpa etmək üçün kifayət qədər qətiyyətli gücə sahibdir. Son günlər cəbhə xəttində baş verənlərin hamını narahat etdiyini bildirən Əli Əhmədov qeyd edir ki, bu gərginliyin bir səbəbi də ABŞ və Avropanın son vaxtlar sülhyaratma prosesində iştirak etmək istəklərini aydın şəkildə ortaya qoymaları ilə əlaqədardır. Azərbaycanı istəməyən bəzi qüvvələr bundan narahatdırlar.

MÜSAVAT QURULTAYINI GÜRCÜSTANDA KEÇİRƏCƏK?

«Yeni Müsavat» qəzetinin yazdığına görə, Müsavat partiyası növbəti qurultayını Gürcüstanda keçirmək üçün bu dövlətə rəsmi müraciət hazırlayıb. Gürcüstan hökumətinə ünvanlanan bu müraciət Müsavat partiyası qurultayının təşkilat komitəsinin iyunun 18-də keçiriləcək iclasında sonuncu dəfə müzakirə edildikdən sonra Tbilisiyə göndəriləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG