Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:16

Jurnalistləri Müdafiə Komitəsi «Səhər»in müxbiri barədə


Anar Bayramlı
Anar Bayramlı
Jurnalistləri Müdafiə Komitəsi fevral ayından həbsdə saxlanılmış jurnalist Anar Bayramlının qondarma ittiham üzrə məhkum edilməsini pisləyib.

Binəqədi rayon məhkəməsi İranın «Səhər» telekanalının müxbiri Anar Bayramlını narkotik maddə saxlamaqda təqsirli bilərək 2 il azadlıqdan məhrum edib.

«Səhər» televiziyası bir neçə dildə, o cümlədən Azərbaycan dilində yayımlanır. Tez-tez Azərbaycan hökumətinin siyasətini tənqid edən verilişlər verir. Anar Bayramlı fevralda həbs olunub, üstündən heroin aşkarlanıb.

Kavkazsky Uzel saytının məlumatına görə, polis əvvəllər də Anar Bayramlını bir neçə dəfə sorğu-sual edib. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov deyib ki, polis Anar Bayramlını qorxutmaq üçün bir neçə dəfə polis bölməsinə dəvət edib. «Səhər» televiziyasından çıxması üçün ona bir neçə dəfə hədə-qorxu gəlib.
XS
SM
MD
LG