Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:11

A qrupunun 2 oyununda 5 qol vuruldu. (Fotosessiya)


Polşa-Rusiya oyununda hakim Wolfgang Stark (Almaniya) 3 sarı vərəqə göstərdi. Şəkildə çempionatın ən çox qol vuran oyunçusu, Alan Dzagoev xəbərdarlıq alır
Polşa-Rusiya oyununda hakim Wolfgang Stark (Almaniya) 3 sarı vərəqə göstərdi. Şəkildə çempionatın ən çox qol vuran oyunçusu, Alan Dzagoev xəbərdarlıq alır
Futbol üzrə Avropa birinciliyində 2-ci dövrənin oyunları Polşanın Vrotslav şəhərində Yunanıstan və Çexiya oyunu ilə başladı. Oyunun ilk dəqiqlərərində Çexlər 2 qol vurdular (Jirecek, Pilar), tərəflər bu hesabla fasiləyə çıxdılar. 2-ci hissənin əvvəlində Yunanlar hesab araslndakı fərqi azaltdılar - Gekas çexlərin kiperi Chech`in kobud səhvindən istifadə edib cavab topu vurdu. Lakin yunanlar bundan artığına nail ola bilmədilər. Oyun 2-1 hesabılə Çexiya millisinin xeyrinə qurtardı.

A qrupunun başqa bir oyununda Polşa və Rusiya xalları bölüşdürdülər. Birinci hissənin 37-ci dəqiqəsində Arshavinin cərimə meydançasına qaldırdığı topa hamıdan əvvəl qaçan Dzagoev onu başı ilə vurmaq istəyir, top onun çiynindən rəqib qapısının uzaq künçündə yerə enir. 1-0

İkinci hissədə Polşa millisinin kapitanı Blaszczykowsky 2 müdafiəçinin arasından sürətlə çərimə meydançasına daxil olur və 16 metrdən dəqiq zərbə ilə topu uzaq künçə yönəldir. Rusların qapıçısı Malafeevin topu qaytarmaq imkanları sıfırdır. Hesab bərabərləşir və oyunun sonuna qədər dəyişmir.

A qrupunda Rusiya 4 xalla birinci yerini qoruyur, Çexiya millisi 3 xalla 2-ci yerə çıxır. (Tam yarış cədvəlinə və oyunların təqviminə burada bax)


Bu oyunlar haqda sənin fikrin nədir?
EURO2012 FORUMUNA GƏL
Şərhlərini digər futbol azarkeşləri ilə bölüş

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG