Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:20

Milli Məclis ölkə prezidenti olanlara və onların həyat yoldaşlarına ömürlük toxunulmazlıq verdi


Milli Məclis Azərbaycan prezidenti olan şəxslərə və onların həyat yoldaşlarına toxunulmazlıq verdi.

«Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında» Azərbaycan Respublikasının Konstitusiya qanununa edilən dəyişikliyə görə, keçmiş prezident seçilməmişdən əvvəl və ya prezident səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilməz. Onun həyat yoldaşı da keçmiş prezidentin səlahiyyətlərini icra etdiyi və ondan əvvəlki dövrlərdə etdiyi hərəkətlərə görə inzibati və cinayət məsuliyyətinə cəlb olunmayacaq.

Keçmiş prezident və onun həyat yoldaşı Baş Prokurorun razılığı olmadan cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə, tutula, barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə, axtarışa məruz qala, şəxsi müayinə edilə bilməz. Lakin keçmiş prezident və onun həyat yoldaşı cinayət başında yaxalanarsa, tutula bilər.
XS
SM
MD
LG