Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:48

Azərbaycanda informasiya əldə etmək qaydaları dəyişdi


Milli Məclis
Milli Məclis
-
İNFORMASİYA O ŞƏRTLƏ VERİLƏCƏK Kİ...

Bundan sonra dövlət idarələrindən informasiyanın əldə olunmasına o şərtlə icazə veriləcək ki, həmin məlumat Azərbaycanın siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarına zidd olmasın. Bununla bağlı iyunun 12-də Milli Məclis «İnformasiya əldə etmək haqqında» qanuna dəyişiklik edib.

Deputatların qəbul etdikləri başqa bir düzəliş də «Kommersiya sirri haqqında» qanuna edilib. Həmin dəyişikliyə görə kommersiya şirkətlərini yaradanlar və onların şirkətdə payları barədə məlumatlar kommersiya sirri hesab olunacaq. Yəni, belə məlumatları daha jurnalistlərə və cəmiyyətə verməyəcəklər.

DEPUTAT AZADLIĞA ÇƏRÇİVƏ QOYDUQLARINI DEYİR

«İnformasiya əldə etmək haqqında» qanuna düzəliş layihəsini parlamentə təqdim
Əli Hüseynov
Əli Hüseynov
edən deputat Əli Hüseynli müzakirə zamanı deyib ki, məqsəd hansısa məlumatların gizli saxlanması yox, jurnalistlərin informasiya əldə etmək hüququnun çərçivəsini daha dəqiq göstərməkdir:

«Bizim təklif etdiyimiz bu müddəa informasiyanı almaq hüququnu məhdudlaşdırmır, əksinə, onun daha da geniş çərçivəsini müəyyənləşdirir. Bu dəyişiklik Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinə, Azərbaycan Konstitusiyasının əlavə qanunun 3-cü maddəsinə, Avropa Şurası, Avropa Parlamentinin, Avropa Komissiyasının sənədlərinə tam uyğunluq təşkil edir».

İQBAL AĞAZADƏNİN FİKRİNCƏ, ƏSL MƏQSƏD BELƏDİR

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə Əli Hüseynlinin fikirlərinə
İqbal Ağazadə
İqbal Ağazadə
etiraz edib:

«Heç olmasa, bunu hazırlayanda elə edin ki, nəyəsə oxşasın. Hər şeyi qarışdırmısınız bir-birinə. Hüquqi şəxsləri, fiziki şəxslərə. Məqsəd odur ki, informasiya əldə etmək mümkün olmasın. Məsələnin mahiyyəti ancaq burudur. Əli Hüseynlinin dediyinin əksinə olaraq, bu təklif edilən əlavə və dəyişikliklər nə Azərbaycan Konstitusiyasına, nə də Avropa Konvensiyasının 10-cu maddəsinə uyğun deyil. Əksinə, bu, 10-cu maddə ilə ziddiyyət təşkil edir».

Etirazlara baxmayaraq hər iki qanuna dəyişikliklər qəbul edilib və prezidentin imzasından sonra qüvvədə olacaq.

«REAL» Hərəkatı «İnformasiya əldə etmək haqqında», «Kommersiya sirri haqqında» qanunlara dəyişikliklərə etiraz olaraq iyunun 12-də Parlament binası qarşısında aksiya keçirmək istəyib. Lakin polis etirazçılara toplaşmaq imkanı verməyib. Qurumun rəhbəri də daxil olmaqla bir neçə nəfər qısa müddətə saxlanıb.
XS
SM
MD
LG