Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:24

Naxçıvanda zərərvericilərə qarşı mübarizə gücləndirilib


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Sayı: 71 (20.4676) 19 aprel 2012


NAXÇIVAN TƏRXUNU

Bu günlərin söhbətidir. Bazarda göyərti alan yaşlı bir xanımın çoxlu sayda tərxun aldığını gördüm. Marağımı gizləyə bilməyib ondan: - Ay xala bu qədər tərxunu neynirsiniz? – deyə soruşdum. O da bu tərxunu Bakıda yaşayan qohumlarının xahişi ilə aldığını dedi. Mənim üçün maraqlı oldu. Çünki, tərxun Azərbaycanın bütün bölgələrində becərilir. Bəs, nə üçün paytaxtımızda yaşayan insanlar Naxçıvan tərxununa daha çox maraq göstərirlər? Düzü, bu sual ətrafında xeyli fikirləşdim. Doğma diyarımızda yetişdirilən dadlı – tamlı meyvələrə, tərəvəzlərə, ət və süd məhsullarına ölkəmizin digər regionlarına həmişə tələbat olub. Xüsusi vurğulamaq lazımdır ki, bu gün muxtar respublikamızda dadlı və keyfiyyətli məhsulla yetişdirmək üçün hər cür şərait var. İnsanların torpağın əsl sahibinə çevrilməsi, sahibkarlara kreditlər verilməsi, meliorasiya tədbirlərinin həyata keçirilməsi bu sahədə daha yüksək göstəricilər qazanılmasına imkan verir.

...Sirr deyil ki, bu gün muxtar respublikamız özünün çoxlarına bəlli olmayan yeraltı və yerüstü sərvətləri ilə zəngindir. Bu sərvətlərdən səmərəli istifadə etmək üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin Sərəncamı ilə təsdiq olunmuş «2012 – 2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı»ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi bu qiymətli səbzə - tərəvəz növünün daha geniş miqyasda yetişdirilməsinə şərait yaradacaqdır.

ZƏRƏRVERİCİLƏRƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ GÜCLƏNDİRİLİR

Payızlıq taxıl və çoxillik yonca sahələrində gəmiricilərin zərər vurmasının qarşısını almaq üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki mühafizə və karantin şöbəsi tərəfindən regiona sink – fosfid və qarandeks preparatları gətirilmişdir. Preparatlar rayon İcra hakimiyyətlərinin iştirakı ilə pulsuz olaraq kənd icra nümayəndəliklərinə verilmiş və nümayəndəliklər tərəfindən torpaq mülkiyyətçilərinə paylanmışdır.

Torpaq mülkiyyətçilərini maarifləndirmək məqsədilə onlarla söhbət aparılmış, nazirliyin və rayon icra hakimiyyətlərində çalışan mütəxəssislərin iştirakı ilə preparatlardan istifadə qaydası, aldadıcı yemin hazırlanması üsulları əyani şəkildə göstərilmişdir. Gəmiricilərə qarşı mübarizə aparmaq üçün nazirlikdə kifayət qədər preparat vardır. Torpaq mülkiyyətçiləri nazirliyə müraciət etməklə lazım olan preparatları ala və onlardan istifadə qaydalarını öyrənə bilərlər.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Muzeydə açıq dərslər keçirilmişdir
- Hüquqi maarifləndirmə günün tələbidir
- Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Şərhləri göstər

XS
SM
MD
LG