Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:28

“Milyonların marşı” Rusiyanın başqa şəhərlərində keçirilir


Moskvada müxalifətin “Milyonların marşı” aksiyasının iştirakçıları Saxarov prospekti ilə hərəkət edir. Burada “Bütün hakimiyyət xalqa”, “Polis dövləti rədd olsun” şüarları altına mitinq keçirilir.

Təşkilatçıların məlumatına görə, aksiyada artıq 20 minə yaxın adam iştirak edir. Aksiya keçirilən ərazidə hüquq-mühafizə orqanları əməkdaşlarının sayı artırılıb. Polis avtobusları, daxili qoşunların maşınları, təcili yardım briqadası gətirilib.

“Milyonların marşı” Rusiyanın başqa şəhərlərində keçirilir. Omskdakı aksiyada “Yabloko” partiyasının lideri Sergey Mitroxin də iştirak edir. Tomskda keçirilən aksiyada isə 300-ə yaxın adam iştirak edir.

Müxalifətçilər - Aleksey Navalnı, İlya Yaşin, Anastasiya Udaltsova və teleaparıcı Kseniya Sobçak hələ də Bolotnı meydanındakı iğtişaşlarla bağlı İstintaq Komitəsində sorğu-sual olunur. “Sol cəbhə” hərəkatının koordinatoru Sergey Udaltov dindirməyə gəlməyib. Vəkili vasitəsilə bildirib ki, o bu gün “Milyonların marşı”nda iştirak edir. Ona görə də istintaqa başqa vaxt gedəcək.

Dünən müxalifətçilərin evlərində axtarışlar aparılıb. Bolotnı meydanındakı iğtişaşlarla bağlı artıq 13 nəfər saxlanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG