Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:04

Ərzaq ucuzlaşıb, geyim bahalaşıb


May ayında Azərbaycanda ərzaq məhsulları 1,19 faiz ucuzlaşıb, qeyri-ərzaq məhsulları isə 0,17, xidmət tarifləri isə 0,20 faiz bahalaşıb.

İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) məlumatına görə, istehlak mallarının ucuzlaşmasına səbəb mövsümi amillərin təsiridir. Mərkəzin Azərbaycanın 10 regionunda 2012-ci ilin may ayı ərzində apardığı müşahidələrinə əsasən, ərzaq qiymətlərinin ucuzlaşması faizi Bakıda 0,78, regionlarda 1,58 faiz olub.

Ay ərzində ən çox badımcan (36 faiz), göy lobya (31 faiz), ərik (18 faiz) və çiyələk (16 faiz) ucuzlaşıb. Bahalaşma isə kök və baş soğan (10 faiz), uşaq üçün maykalar, futbolkalar (9,23 faiz) və digər məhsullarda qeydə alınıb.
XS
SM
MD
LG