Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:00
Milli Məclisin iyunun 12-də keçirilən növbədənkənar iclasında «Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında» qanuna dəyişikliklər layihəsi müzakirə olunub.

Layihə barədə məlumat verən Regional Məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, ölkənin 24 şəhər və şəhər-rayonlarında hakimiyyət orqanı təmsilçisi yoxdur. Dəyişikliklərə görə, yerlərdə inzibati sahə ərazi dairələri yaratmaq nəzərdə tutulur.

Yeni dəyişikliklərlə bağlı millət vəkilləri arasında fikir ayrılığı yaranıb və qeyd olunub ki, bu, bələdiyyələrə qarşı atılmış addımdır.

Deputat Qüdrət Həsənquliyev dəyişikliklər layihəsinin əleyhinə olub. O deyib ki, yeni dəyişikliklər büdcədən əlavə məsrəf deməkdir:

«Layihə ekspertizadan keçmədiyi və Milli Məclisə bu barədə məlumat verilmədiyi üçün biz bu qanunu qəbul etməməliyik».

Parlamentin vitse-spikeri Ziyafət Əsgərov bu fikrə qarşı çıxıb:

NƏ FƏRQİ VAR NEFTDƏN GƏLİR, YOXSA DAŞDAN...

«Siyasi partiyalar haqda» qanundan danışanda nədənsə neftin qiyməti yada düşmür. Amma dövlət idarəetmə orqanlarında islahat aparanda neftin qiymətinin enməsindən danışılır».

Regional məsələlər komitəsinin üzvü Fəzail İbrahimli isə inzibati sahə ərazi dairələrinin yaradılmasını mütərəqqi addım kimi qiymətləndirir:

«Dövlətin bu islahatları həyata keçirmək üçün pulu var. Nə fərqi var neftdən gəlir, yoxsa daşdan gəlir. Əsas odur ki, pul var və bu işi görmək olar».

Fazil Mustafa isə bildirib ki, bu, bələdiyyələrin gündəmdən çıxması deməkdir, eyni zamanda yeni iş yerlərinin yaradılmasından xəbər verir.

Növbəti qanun layihəsinin müzakirəsinə keçdikdən sonra deputat Elmira Axundova yenidən «Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında» qanun barədə fikrini bildirək istəyib, lakin vitse-spiker Ziyafət Əsgərov onun sözünü kəsib və mikrofonunu bağlayıb.

«15 ilin deputatısız, bilmirsiz harda işləyirsiz? Bilmirsiz nəyə səs verirsiz? İndi jurnalistlər də gedib yazacaq ki, 15 ilin deputatı nəyə səs verdiyini bilmir».

Sahə inzibati ərazisi azı 20 min əhalisi olan ərazidə yaradılacaq, yalnız istisna hallarda əhalisi 20 mindən daha az olan ərazilərdə yaradıla bilər. Layihə səs çoxluğu ilə qəbul olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG