Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:41

Pasportlar haqda qanuna dəyişikliklər müzakirə edilib


İyunun 12-də Milli Məclisin növbədənkənar iclasında «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» qanuna dəyişikliklər müzakirə edilib.

Təklif olunan dəyişikliklərə əsasən, ümum vətəndaş pasportlarının verilməsi müddəti 1 aydan 10 iş gününə endirilir.

Vətəndaş ölkədən yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə gedərsə, bu halda onun ümumvətəndaş pasportuna həmin uşaqların yazılması və fotoşəkillərinin yapışdırılmasını nəzərdə tutan müddəa qanundan çıxarılır. Ümumvətəndaş pasportları 1 yaşadək, 1-3 yaşadək, 3-18 yaşadək və 18 yaşınadək uşaqlara veriləcək. Pasportların 1 yaşadək uşaqlar üçün 1 illik, 1-3 yaşadək uşaqlar üçün 3 illik, 3-18 yaşadək 5 illik, 18 yaşına çatmış şəxslər üçün isə 10 illik müddətə verilməsi nəzərdə tutulur. Xidməti pasportun alınması və dəyişdirilməsi üçün dövlət rüsumu alınmayacaq.

Pasport almaq istəyən vətəndaşın əl-barmaq izlərinin götürülməsi və fotoşəkilinin çəkilməsi pasportu verən dövlət orqanında həyata keçirilir.

Layihə ilə bağlı deputatlar Elmira Axundova, Jalə Əliyeva, İlyas İsmayılov, Zahid Oruc və başqaları fikir bildiriblər.

Deputat Zahid Oruc təklif edir ki, 18 yaşadək uşaqlara pasportların verilməsi 2 mərhələ ilə də kifayətlənə bilər: «Onsuz da biz hamımız uşaq vaxtımıza oxşayırıq».

Spiker Oqtay Əsədov buna cavab olaraq bildirib ki, «Hamı sənin kimi bəxtəvər deyil ki cavan qala».

Günün bütün mövzuları

XS
SM
MD
LG