Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:39

Keçmiş prezidentlərin təminatı, cinayət təqibindən azad olunması ilə bağlı qanun qəbul olundu


Arxiv foto: Prezident İlham Əliyev prezident kimi and içir, 24 oktyabr 2008-ci il.

Arxiv foto: Prezident İlham Əliyev prezident kimi and içir, 24 oktyabr 2008-ci il.

-



İyunun 12-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında «Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında» Azərbaycan Respublikasının Konstitusiya qanunu ikinci səsverməyə çıxarılıb. 109 lehinə, 1 nəfər əleyhinə olmaqla qanun qəbul olunub.

Bu qanun prezident vəzifəsini tutmuş, vəfat etmiş, prezident səlahiyyətlərinə xitam verilmiş şəxslərə və ailə üzvlərinə şamil ediləcək. İmpiçment qaydasında vəzifədən kənarlaşdırılan sabiq prezidentlərsə bu qanunun verdiyi üstünlüklərdən yararlana bilməyəcəklər.

Keçmiş prezident dövlət başçısının aylıq əmək haqqının 50 faizi məbləğində aylıq pensiya alacaq. O vəfat etdiyi halda bu təminatı həyat yoldaşı, o olmadıqda isə 18 yaşına çatmamış uşaqları alacaqlar.

Layihədə sabiq prezidentə dövlət tərəfindən avtomobil, sürücü və 3 nəfər mühafizəçinin ayrılması nəzərdə tutulub.

Keçmiş prezidentlər və həyat yoldaşları diplomatik pasport daşıyacaqlar və onların toxunulmazlığı qanunla qorunacaq.

Bu günkü iclasın gündəliyinə 10 məsələ daxil edilib. Bunlar «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında», «Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında», «İstehsalat və məişət tullantıları haqqında», «Kommersiya sirri haqqında», «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında», «İnformasiya əldə etmək haqqında” qanunlara, eləcə də İnzibati Xətalar və Vergi məcəllələrinə əlavələr və dəyişikliklər haqdadır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG