Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:41

BMT daha bir kütləvi qətlin baş verəcəyindən narahatdır



BMT Suriyanın daha bir şəhərində - Haffada kütləvi qətllərin ola biləcəyindən narahatlığını bildirib.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan bildirib ki, hakimiyyət BMT müşahidəçilərini Haffaya buraxmayıb. Bu şəhərdən isə tanklardan, helikopterlərdən açılan intensiv atışmalar barədə xəbərlər gəlir.

Bundan əvvəl BMT müşahidəçiləri Houla qəsəbəsinə buraxılmamışdı. Bundan sonra burda 100-ə yaxın dinc sakin qətlə yetirilmişdi. Daha sonra isə Hama əyalətinin al-Kubeyr kəndində 78 dinc sakin öldürülmüşdü.

Dəməşq bütün bu qətllərə görə müxalifətin tərəfində olan “terrorçu qrupları” ittiham edir. Assad rejiminin əleyhdarları isə qətlləri hökumət qoşunlarının törətdiyini bildirir.
XS
SM
MD
LG