Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:40

Qaraqanın “Mələk” kitabı rekord vurdu


Gənc yazar Elxan Qaraqanın mayın sonunda nəşr olunan “Mələk” kitabı (“Qanun” nəşriyyatı) ilk 10 gün ərzində 500 nüsxədən çox satılıb. Bu rəqəmi "Əli və Nino" kitab şəbəkəsinin rəhbəri Nigar Köçərli açıqlayıb.

“Bu, Azərbaycan kitab bazarında rekord rəqəmdir. Bu, H.O.S.T. rep qrupunun lideri Elxan Qaraqanın sayca 4-cü kitabıdır. Onun ilk kitabı olan “A” romanı 2009-cü ildə Milli Kitab Mükafatının qalibi olub və bir neçə dəfə təkrar çap edilib”.

Elxan Qaraqanın sözlərinə görə, o, Azərbaycanda oxucu kütləsinin yetişdiyinə çox sevinir: “Mənə deyirlər ki, bu, repin populyarlığına görədir. Əgər belə olsaydı, yəqin ki, birinci kitabımdan sonra daha kitab almazdılar”.

“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlusa hesab edir ki, bu, yerli kitab bazarı üçün əlahiddə bir hadisədir. “Bu rəqəm dünya kitab satışı bazarı ilə yarışa girən bir rəqəmdir. Bu uğurlu nəticə ilə bağlı müəllifi ürəkdən təbrik edirəm”.

Günün bütün mövzuları

XS
SM
MD
LG