Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:44

Fransada parlament seçkisində də sosialistlər qalib gəlir


Fransada həftəsonu keçirilən parlament seçkilərinin ilk raundundan sonra sosialistlər mühavizəkarlardan öndədir.

Mərkəzi seçki komissiyası bildirib ki, yeni seçilən prezident Francois Hollande-ın tərəfdarları – Sosialistlər və Yaşıllar 46 faiz səs yığıblar, eks-prezident Nicolas Sarkozy-nin mühavizəkar partiyası isə ancaq 34 faiz səs yığıb. Bu arada Fransanın avro zonadan çıxması və islamla mübarizə tərəfdarı olan ultra-sağçıların da səsləri öncəki seçkiylə müqayisədə artıb. Əgər oxşar nəticələr iyunun 17-də keçirilən 2-ci mərhələdə də qeydə alınsa, sosialistlər istədiyi islahatları, o cümlədən varlılar üçün vergiləri artırmaq kimi dəyişiklikləri həyata keçirmək üçün yetərincə səs sahib olacaqlar.
XS
SM
MD
LG