Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:41

Baş nazir qızını "unutduğunu" təsdiqləyib


Böyük Britaniyanın baş naziri David Cameron açıq etiraf edib ki, bir neçə ay əvvəl özü və həyat yoldaşı 8 yaşlı qızını səhvən bazar günü nahardan sonra restoranda qoyub çıxıblar.

Cameronun ofisi iyunun 11-də təsdiqləyib ki, baş nazirinin qızı Nancy valideynləri qayıdıb onu götürənə qədər təxminən 15 dəqiqə Cadsdendə Plough Inndə qalıb.

Rəsmi məlumata görə, “hadisə bir neçə ay əvvəl baş verib”. Bəyanatda qeyd olunur ki, hadisə Cameron və həyat yoldaşı Samantanın “özlərini itirməsinə” səbəb olub.

Sözügedən restoran baş nazirin Chequers-dəki iqamətgahının yaxınlığında yerləşir.

Bu hadisəni ictimaiyyətə çıxaran “Sun” qəzeti olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG