Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:30

Döyülən qadınların işi prokurorluğa verildi


Natella Məmmədova
Natella Məmmədova
Gömrük əməkdaşları tərəfindən döyüldüyünü bildirən Natella MəmmədovaCəmilə Xəlilovanın işi Qazax Rayon Prokurorluğu tərəfindən araşdırılır. Buna qədər hadisəylə bağlı araşdırmanı rayon Polis İdarəsi aparırdı. Bu haqda məlumatı AzadlıqRadiosuna rayon Polis İdarəsindən veriblər.

İyunun 10-da isə xəstəxanada müalicə alan Natella Məmmədova evə buraxılıb. O AzadlıqRadiosuna deyir ki, vəziyyətində ciddi dəyişiklik yoxdur. Özünü yaxşı hiss etmir.

«Həkim mənə dedi ki, indi yaxşısan. Bu ağrıların da müddəti var, qolundakı göylər kimi ürəkbulanman da, baş fırlanmalar da keçib gedəcək. Sadəcə sakitlik lazımdır ki, yatasan beynin sakitləşsin».

Amma Natella Cəfərova deyir ki, evdə vəziyyəti daha da pisləşib.

«Dünən yenə qusdum, bu səhər də eyni vəziyyət. Halım yoxdur ki, addım atım. Ürəyim də çırpınır, başımda da ağrılar var».

Natella Məmmədova müalicəsi üçün başqa xəstəxanaya müraciət etmək istəyir.

Natella Məmmədovanın sözlərinə görə, bu müddətdə nə sənədləri, nə də gömrükdən müsadirə edilən pulu və malı geri qaytarılıb.

Çoxsaylı cəhdlərimizə baxmayaraq xəstəxana ilə əlaqə saxlaya bilmədik.

Natella Məmmədova mayın 31-də Azərbaycan-Gürcüstan sərhədindəki «Sınıq Körpü»də döyüldüyünü, onu döyənlərin isə gömrük əməkdaşları olduğunu iddia edir:

«Sınıq Körpü» gömrük postunun tabe olduğu Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsindən AzadlıqRadiosuna bu hadisə ilə bağlı yalnız onu bildiriblər ki, deyilənlər böhtandır.
XS
SM
MD
LG