Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:22

Türkiyə dərgisinin Azərbaycanda təmsilçisi Rəbiyyə Zərdabi oldu


“Fikir, sanat ve edebiyatta töre” dərgisinin saytı

“Fikir, sanat ve edebiyatta töre” dərgisinin saytı

Türkiyədə cap olunan “Fikir, sanat ve edebiyatta töre” dərgisi Rəbiyyə Zərdabini Azərbaycan təmsilçisi kimi təsdiqləyib.

Bu barədə Ankarada nəşr olunan dərginin saytı məlumat verir.

Rəbiyyə Bahəddin qızı Zərdabi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimidir.

"Oxu zalı"na açıqlamasında o bildirib ki, dərgiyə göndərdiyi Həsən Bəy Zərdabi, Mikayıl Müşviq, Hüseyn Cavid, Baba Mahmudoğlu və Səxavət Məmmədov haqqında yazıları çap ediləndən sonra ona müqavilə təklif edilib və bu yaxınlarda dərginin Azərbaycan təmsilçisi kimi vəsiqəsini Ankarada alıb.

Dərginin baş redaktoru Sahibi Ömer Faruk Beyceoğlu vəsiqənin “Zərdabi soyadının daşıyıcısına vermənin də qürürunu ayrıca daşıdığını” qeyd edib.

Jurnal türk dövlətlərinin mədəniyyət, ədəbiyyatına xüsusi önəm verir.

Başqa bir azərbaycanlı yazar - Şəfəq Azəri isə jurnalın Almaniya təmsilçisidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG