Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:20

Rusiya müxalifətçilərinin evlərində axtarış aparılıb


Polislərin axtarış zamanı Alexei Navalny'nın yataq otağından müsadirə etdiyi köynək

Polislərin axtarış zamanı Alexei Navalny'nın yataq otağından müsadirə etdiyi köynək

Rusiya müxalifətinin iyunun 12-nə planlaşdırdığı mitinqi ərəfəsində müxalifət liderlərinin evində axtarış aparılıb.

Rusiya müxalifət hərəkatının sözçüsü Olga Shorina deyib ki, iyunun 11-i səhər saatlarında Boris NemtsovIlya Yashinin evinə polis gəlib.

Digər müxalifət lideri Aleksandr Navalny da Twitter-də yazıb ki, onun mənzilində axtarış aparılıb.

Navalny’nın vəkili Olga Mikhailova «Exo-Moskva» radiosuna deyib ki, 15 polis işçisi müdafiə etdiyi şəxsin evinə «basqın» edib.

Müxalif fəalları Ksenia SobchakSergei Udaltsovun da evlərində axtarış aparıldığı deyilir.

Polis axtarışların mayın 6-da prezident Vladimir Putinin üçüncü dəfə prezidentliyə gəlişi əleyhinə təşkil olunmuş «kütləvi iğtişaşlar»la əlaqəli olduğunu deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG