Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:34

Bakıda vəzifəli şəxs intihar edib


Bu barədə APA-ya Xətai Rayon Polis İdarəsindən bildirilib.

Hadisə iyunun 11-i səhər saat 05.00 radələrində Xətai rayonu, Xocalı prospekti, ev 2, mənzil 26 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 32 yaşlı Əliyev Samir Nazim oğlu yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Xətai rayon Prokurorluğundan isə APA-ya bildirilib ki, hadisənin intihar olub-olmadığı hələlik məlum deyil. S. Əliyevin bədbəxt hadisə nəticəsində binadan yıxılması da istisna edilmir. Hadisənin dəqiq baş vermə səbəbləri aparılan araşdırmaların sonunda məlum olacaq.

S. Əliyev Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsində çalışıb, ədliyyə kapitanıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG