Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:40

Məşhur aktyor doğma teatrında anılacaq


Hacıbaba Bağırov

Hacıbaba Bağırov

İyunun 12-də tanınmış aktyor, gülüş ustası Hacıbaba Bağırovun 80 yaşı tamam olur.

Dövlət Musiqili Komediya Teatrının kollektivi həmin gün sənətkarın Fəxri Xiyabandakı məzarını ziyarət edəcək.

Dövlət Musiqili Komediya teatrının mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, iyunun 18-də isə teatrda aktyorun 80 illik yubileyinə həsr olunmuş «www.ferzeli-kef.com» (E.Sabitoğlu, C.Məmmədov) tamaşası nümayiş olunacaq.

Xatırladaq ki, xalq artisti Hacıbaba Bağırov vaxtilə bu tamaşada Fərzəli obrazını ifa edib.

Hacıbaba Bağırov 1932-ci il iyunun 12-də Bakıda doğulub.

Teatr sənətinə olan böyük həvəsi 1947-ci ildə onu Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına gətirib-çıxarıb.

Orada sənət korifeylərindən dərslər alıb.

Musiqili Komediya Teatrında anılacaq

Nəzəri və təcrübi vərdişlər teatra marağını və məhəbbətini daha da artırıb və 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında yaradıcılıq fəaliyyətinə başlayıb.

1960-cı ildə C. Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunub.

1962-ci ildə Musiqili Komediya Teatrına dəvət olunub. Bu teatrda uzun illər ərzində yaratdığı obrazlar onun gülüş ustası kimi püxtələşməsində və sevilməsində böyük rol oynayıb.

Tanınmış aktyorun teatrla yanaşı, kino sahəsində də fəaliyyəti uğurlu olub. «Ulduz» (Möhsün), «Mehman» (Arif), «Onun bəlalı sevgisi» (Qaraxalov), «Alma-almaya bənzər» (Məmmədəli), «Şirbalanın məhəbbəti» (Şirbala) və s. kimi filmlərdə yaratdığı obrazlar maraqla qarşılanıb.

1974-cü ildə Respublikanın Əməkdar Artisti, 1982-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülmüş aktyor 1989-cu ildən 1996-cı ilədək özünün yaratdığı «Tənqid-təbliğ» teatrının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb.

1996-2006-cı illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri və aktyoru olub.

2001-ci ildə E. SabitoğluT.Vəliyevanın «Bankir adaxlı» tamaşasına görə «Qızıl Dərviş» mükafatına layiq görülüb.

Hacıbaba Bağırov 2006-cı il oktyabrın 6-da vəfat edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG