Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:22

Rusiya müxalifətçilərinin evlərində axtarış edilib


Rusiya müxalifət hərəkatı bildirir ki, polis müxalifət liderlərinin evlərində axtarış aparıb.

Hərəkat sözçüsü Olqa Şorina deyib ki, iyunun 11-i səhər saatlarında Boris Nemtsov və İlya Yashinin evinə polis gəlib.

Digər müxalifət lideri Aleksandr Navalnı Twitter-də yazıb ki, onun mənzilində axtarış aparılıb.

Navalnının vəkili Olqa Mixailova Exo-Moskva radiosuna deyib ki, 15 polis işçisi müdafiə etdiyi şəxsin evinə basqın edib.

Bunlarla yanaşı, müxalif fəallar Ksenia Sobçak və Sergey Udaltsovun da evlərinə baxış keçirilib.

Polis açıqlayıb ki, axtarışlar mayın 6-da prezident Vladimir Putinin üçüncü dəfə prezidentliyə gəlişi əleyhinə təşkil olunmuş “kütləvi narahatlıq”la bağlıdır.
XS
SM
MD
LG