Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:35

Kiyevdə Shevchenko Ibarhimovicin dramatik dueli Ukraynanın xeyrinə bitdi


D qrupunun sonuncu oyunlarında Kiyevdə Ukrayna İsveçlə, bu qrupun favoritləri hesab olunan İngiltərə isə Donteskdə Fransa ilə qarşılaşdı. İlk oyun Donetskdə keçdi.

AZARKEŞLƏRƏ LAY-LAY ÇALAN OYUN

Sönük keçən bu matçın 30-cu dəqiqəsində İngilislər sərbəst zərbə ilə topu cərimə meydançasına qaldırdılar (Gerard), buraqda səf düzülən oyunçuların ən sonuncusu - Lescott hamıdan yuxarı hoppanıb, sanki voleybol oyunundakı kimi, amma başı ilə topu yuxarıdan aşağı qapıya yönəltdi. (Bir daha Kəllə haqda sualı xatırladırıq)

5 dəqiqə sonra, eyni epizodda Fransa hesabı bərabərləşdirə bilərdi. Lakin ingilislərin kiperi
Joleon Lescott (C) hesabı açır

Joleon Lescott (C) hesabı açır

Hart yaxşı reaksiya verib dalbadal 2 dəfə topu geri qaytardı.

38-ci dəqiqədə Samir Nasri cərimə meydancası xəttindən dəqiq zərbə ilə hesabı bərabərləşdirdi. 1-1 - bu hesabla tərəflər fasiləyə getdilər.

2-ci hissənin ortalarında oyunun cansıxıcılıq dərəcəsi öz apogeyinə qalxdı. 60-cı dəqiqədə TV kameralarının diqqətini yuxuya getmiş Fransa azarkeşi cəlb etdi. Onun futbol bayramına zidd olan bu görüntüsü oyunun ən yaxşı şərhi ola bilərdi.

Əgər oyunun sonuna yaxın fransıızlar Ribery, Benzema, Nasri üçlüyü hərdən meydanda canlanma yaradırdısa, əsas oyunçularından məhrum olan İngilislər tamamilə dişsiz görünürdülər.

Cansıxıcı İngiltərə-Fransa oyunu 1-1 hesabı ilə başa çataraq ən sadiq azarkeşi belə məyusedəcək bir hiss qoyub getdi.

İBRAHİMOVİC - SHEVCHENKO DUELİ

Birinci dövrənin sonuncu oyununda Kiyevdə 2 mavi-sarı paltarlı (milli bayraqlarına uyğun) komandalar - çempionatın təşkilatçılarından Ukrayna ilə İsveç yığmaları görüşürdü.

Əvvəlkindən fərqli olaraq bu oyun yüksək tempdə, maraqlı və gərgin keçdi. Birinci hissədə İsveçlilər meydanın ortasında üstünlük əldə etsələr də Ukrayna komandasına sanki meydanın ortası heç lazım da deyildi. Onlar ildırım sürətilə müdafiədən hücuma keçir, çoxlu təhlükəli vəziyyətlər yaradırdılar.

Bu oyunu müəyyən mənada məşhur futbolçular Shevchenko və İbrahimovicin dueli də adlandırmaq olar. Hər 2 komanda öz oyununu məhz bu təcrübəli futbol ulduzlarının üzərində qurmuşdu. Təsadüfi deyil ki, hər 2 tərəfin yaratdığı təhlükəli vəziyyətlər və qollar məhz Shevchenko və İbrahimoviçin adı ilə bağlı idi.

Onlar həm komanda yoldaşlarını əlverişli mövqelərə çıxarır, həm də təşəbbüsü ələ alaraq özləri qol vurmağa çalışırdılar. Bu, oyunun birinci hissəsində onlara nəsib olmadı. Lakin 2-ci hissədə...

İkinci hissə birincidən də yüksək templə başladı və artıq ilk dəqiqələrdən tərəflər təhlükəli zərbələr mübadiləsi etdilər. 51-ci dəqiqədə İsveçlilər hesabı açmağa müəssər oldular və əlbəttə qolun müəllifi Zlatan İbrahimovic idi.

İsveçlilərin sağ cinahdan hücumu zamanı, cərimə meydançasına qaldırılarn topu Kallstrom qapıçı meydanının sol küncündə qəbul etdi və dərhal donu mərkəzdə, qapıçı meydanında duran İbrahimoviçə ötürdü. Sonuncu həm müdafiəçini, həm də qapıçını qabaqlayıb, sanki bilyard şarı kimi, topu saxlamadan qapıya yönəltdi. UKRAYNA - İSVEÇ 0-1

3 dəqiqə sonra isə artıq növbə Andriy Shevchenkonun idi. Bu dəfə də qol gətirən hücum sağ cinahla başladı, Jermolenko onu cərimə meydançasına qaldırdı, Shevchenko isə sıçrayaraq başı ilə gözəl bir çavab qolu vurdu.UKRAYNA - İSVEÇ 1-1

Ukrayna azarkeşləri hesabın bərabərləşməsinə hələ sevinib qurtarmamış, Shevchenko onlara daha böyük sevinc bəxş etdi - hesabı artırdı. Cəmi 5 dəqiqə keçmişdi. Küncdən zərbə zamanı Shevchenko "qəyyumu" Lustig`dən aralanıb topu başı (yenə də baş?) ilə qapıdan keçirdi. UKRAYNA - İSVEÇ 2-1

73-cü dəqiqədə İbrahimovic yenidən fərqlənə bilərdi. Onun təqribən 20-25 metrdən vurduğu güclü zərbəni Ukrayna kiperi böyük çətinliklə qaytara bildi, baxmayaraq ki, top düz üstünə gəlirdi.

Sonuncu dəqiqələrdə İbrahimovic 2 dəfə komanda yoldaşı Elmanderi qapıçı ilə üzbəüz çıxartdı, lakin sonuncu hər 2 halda tələsərək topu qapının üstündən vurdu.

Ukrayna millisi meydanı layiqli qələbə ilə tərk edərək, turnirə D qrupunun liderli kimi başlayır.

Bu oyunlar haqda sənin fikrin nədir?
EURO2012 FORUMUNA GƏL
Şərhlərini digər futbol azarkeşləri ilə bölüş

XS
SM
MD
LG