Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:48

İyunun 24-də buraxılış imtahanları keçiriləcək


İyunun 24-də ölkənin 12 şəhər və rayonunda buraxılış imtahanları keçiriləcək. Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə həmin gün Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaşda orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri buraxılış imtahanı verəcəklər. Buraxılış imtahanı səhər saat 10-da XI, saat 15-də isə IX siniflər üçün keçiriləcək.

İyunun 8-də Sumqayıt, Abşeron, Xətai, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmaz şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib.

Hər iki sənədi və ya sənədlərindən biri olmadan gələn şagirdlər də imtahana buraxılmayıb.

TQDK məlumat verir ki, həmin gün ümumilikdə 8 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən imtahan binasına mobil telefonla keçmə, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilib və nəticələri ləğv olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG