Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:01

Hosni Mubarak huşunu tez-tez itirir


Keçmiş Misir prezidenti Hosni Mubarakın səhhəti getdikcə pisləşir.

Təhlükəsizlik xidmətinin məlumatına görə, o huşunu tez-tez itirir.

İyunun 2-də ömürlük həbs cəzasına məhkum edilmiş Mubarak hazırda Qahirə
həbsxanalarından birindəki xəstəxanadadır.

O bu cəzaya ötən il yüzlərlə nümayişçinin qətlinə görə məhkum edilib.

Keçmiş prezidentin 200-ə yaxın tərəfdarı ikinci gündür ki, onun hərbi hospital və ya özəl klinikaya köçürülməsi tələbilə etiraz aksiyası keçirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG