Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:32

İran rəsmisi deyir ki, beynəlxalq aləmin yalnız bir yolu var


“Dünya ölkələrinin İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün yalnız bir yolu var-bu İranın mövqeini tam dəstəkləməkdir”.

Bunu İran İnqilab Qvardiyasının yüksək səlahiyyətli üzvü Ali Saedi deyib.

O qeyd edib ki, beynəlxalq aləm ilk növbədə bu məsələni siyasiləşdirməkdən əl çəkməlidir.

İyunun 18-19-da Moskvada İranın nüvə proqramı ilə bağlı BMT təhlükəsizlik şurasının 5 daimi üzvü və Almaniya arasında növbəti görüş gözlənilir.

Beynəlxalq aləm hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG