Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:57

İspaniya 100 milyard kredit istəyə bilər


İspaniya Avropa Birliyindən rəsmi şəkildə maliyyə yardımı istəyəcək.

Bunu ölkənin maliyyə naziri Luis de Guindos şənbə günü avrozona ölkələrinin maliyyə nazirlərilə telekonfransda deyib.

O bildirib ki, kreditin həcmi 100 milyard avro ola bilər, amma bunu üçün rəsmi bəyanat vermək lazımdır.

Avropa Birliyi bu cür kreditlərin verilməsi mexanizmini hələ ötən ildən hazırlayıb.

Ekspertlər bundan əvvəl bildirmişdilər ki, borc böhranıyla üzləşmiş ölkənin bank sektoruna ilkin olaraq azı 40 milyard dollar lazımdır.
XS
SM
MD
LG