Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:40

Gömrükdə döyüldüyünü deyən qadın hədələndiyini bildirir


47 yaşlı Qazax sakini Natella Məmmədova

47 yaşlı Qazax sakini Natella Məmmədova

«Məni döyən gömrük işçiləri indi də xəstəxanaya ismarıc göndərib hədələyirlər»

Bunu Qazax rayon xəstəxanasında döyülmə xəsarətləri ilə müalicə olunan 47 yaşlı Qazax sakini Natella Məmmədova deyir:
«Məni döyən adamlar öz vəzifələrində işləyirlər. Hələ üstəlik xəstəxanaya ismarıc göndərib bildirirlər ki, siz hələ yaxşı döyülməmisiniz. Bunda sonra gününüz qara olacaq».
Natella Məmmədova bildirir ki, başında ağrılar yaranıb və tez-tez ürəkbulanma, qusma halları baş verir. Həkimlərsə bunun keçici olduğunu bildirib ona müalicəsini evdə davam etdirməyi məsləhət görüblər. Bu gün ya sabah xəstəxanadan çıxacaq:

«Xəstəxanada yanıma polisdən müstəntiq gəlib bəzi şeylər soruşub. Başqqa heç nə yoxdur. Amma yoldaşıma deyiblər ki, iş gedir. Hələlik prokurorluqdan yanıma gələn olmadığı üçün bilirəm ki, işi hələ onlara ötürməyiblər».

Bir həftədir xəstəxanada müalicə alan Natella Məmmədovaya həkimlər müalicəsini evdə davam etdirməyi münasib bilirlər.

TOVUZ GÖMRÜK İDARƏSİ TƏKZİB EDİR
Natella Məmmədova Azərbaycan-Gürcüstan sərhədindəki «Sınıq Körpü»də (bura «Qırmızı körpü» də deyirlər) döyüldüyünü, onu döyənlərin isə gömrük əməkdaşları olduğunu iddia edir:
«Sınıq Körpü» gömrük postunun tabe olduğu Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsindən AzadlıqRadiosuna bu hadisə ilə bağlı yalnız onu bildiriblər ki, deyilənlər böhtandır.
Qazax rayon polis şöbəsindən isə deyirlər ki, məsələ ilə bağlı rəsmi şikayət ərizəsi üzrə araşdırma aparılır.
Mayın 31-i gecə 12 radələrində Qazax rayon sakinləri Natella Məmmədova və Cəmilə Xəlilova Gürcüstan- Azərbaycan sərhəddini «Qırmızı körpü»dən bu yana keçərkən gömrük əməkdaşları tərəfindən döyüldüldüklərini bildirirlər. Bundan sonra onlar Qazax rayon xəstəxanasına aparılıblar.
Xəstəxanasının travmatologiya şöbəsinin müdiri Allahverdi Quliyev AzadlıqRadiosuna hər 2 qadının iyunun 1-də döyülmə xəsarətləri ilə xəstəxanaya gətirildiyini təstiqləyib. Deyib qadınlar stress keçiriblər. Onların bədənlərində qançırlar, sıyrıntılar var.
Cəmilə Xəlilova iyunun 5-də evə buraxılıb. Natella Məmmədovada isə beyin sarsıntısı olub və xəstəxanada saxlanılıb.
Qadınlar Gürcüstandan Azərbaycana alver malı gətirirlərmiş.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG