Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:19

Fransada parlament seçkisi keçirilir


Fransada parlament seçkisinin birinci mərhələsi keçirilir.

Parlamentin aşağı palatasındakı yerlər uğrunda 6500-dən çox namizəd mübarizə aparır.

İctimai rəy sorğularına görə, prezident Francois Hollandenin rəhbərlik etdiyi sosialistlər aşağı palatada üstünlük qazanacaq və bu böyük əksəriyyət olmasa da onlar digər solçu partiyalarla kolaisiyaya girə biləcəklər.

Hollande seçkiqabağı xalqı fəallığa çağırıb və bildirib ki, iqtisadi dirçəliş də daxil olmaqla vədlərini yerinə yetirmək üçün ona parlamentdə güclü mövqe gərəkdir.

Ekspertlər hesab edir ki, bu yaxınlarda keçerilmiş prezident seçkisində 18 faiz səs toplamış Marin Le Penin rəhbərlik etdiyi “Milli cəbhə” partiyası da xeyli mandat qazana bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG