Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:55

Bakı Dəniz Ticarəti limanı 3 ilə tikiləcək


Bu yaxınlarda Bakı Dəniz Ticarət Limanın üst hissələrinin tikintisi üzrə tenderin qalibi müəyyənləşəcək.

Bundan sonra 3 il müddətində liman tikilib istifadəyə veriləcək.
Nəqliyyat nazirinin müavini Musa Pənahov AzərTAc -a bildirib ki, son tenderdə 3 şirkət iştirak edib və seçim onların arasında aparılacaq. Onun sözlərinə görə artıq Bakı Dəniz Ticarət limanında dib-dərinləşdirmə işlərinin 60 faizi görülüb.
Hazırda sahildə dəmiryolu və avtomobil yolları ərazisində torpaq işləri aparılır.
Nəqliyyat nazirliyinin məlumatına görə hazırda fəaliyyət göstərən Bakı Dəniz Ticarəti Limanının əsası 1902-ci ildə qoyuluyb. Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra, 1992-ci il yanvar ayının 1-dən etibarən Liman Xəzər Dəniz Gəmiçiliyinin strukturundan çıxaraq müstəqil müəssisə olub. Liman il boyu günün 24 saatı ərzində fasiləsiz iş cədvəli əsasında fəaliyyət göstərir.
Bakı Dəniz Limanında həmçinin Liman Donanması fəaliyyət göstərir. Donanmaya 20 gəmi daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG