Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:16

Avropa Birliyi Bəxtiyar Hacıyevin azadlığa çıxmasını alqışlayır


Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Catherine Ashton gənc fəal Bəxtiyar Hacıyevin azad edilməsi ilə bağlı bəyanat verib. İyunun 8-də yayılan bəyanatda deyilir:

«Mən Ali Məhkəmənin Bəxtiyar Hacıyevin şərti azadlığa buraxılması ilə bağlı qərarını alqışlayıram. Bir il əvvəl beynəlxalq tərəfdaşlarımızla birlikdə Azərbaycanı fundamental azadlıqlara hörmət etməyə və hüququn üstünlüyünü təmin etməyə çağırmışdım. Gecikməsinə baxmayaraq, cənab Hacıyevin azad edilməsi Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq ifadə və sərbəst toplaşmaq azadlığı sahəsində irəliləyişdir».

Bəyanatda C.Ashton 2 aprel aksiyası iştirakçılarının da həbsxanadan buraxılacağına ümid etdiyini bildirir.

B.Hacıyev iyunun 4-də Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

Sabiq deputatlığa namizəd B.Hacıyev hərbi xidmətdən yayınma ittihamı ilə 2011-ci il mayın 18-də 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Beynəlxalq qurumlar onun həbsini siyasi sifarişli sayırdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG