Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:06

Lavrov: "Suriyaya raket komplekslərinin satışı yekunlaşdırır"


Rusiya müqavilə üzrə Suriyaya raket əleyhinə müdafiə komplekslərinin satışını artıq başa çatdırır.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov şənbə günü Moskvada keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, bundan sonra Suriyaya başqa silah göndərilməyəcək.

O həmçinin bildirib ki, Moskvanın Suriya məsələsində mövqei dəyişməz qalır.

Suriyaya xarici müdaxiləyə qarşı çıxan Rusiya münaqişənin həlliylə bağlı BMT-nin sülh planını həyata keçirmək üçün beynəlxalq konfrans keçirməyə çağırır.
XS
SM
MD
LG