Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:33

ABŞ ordusunda intihar halları getdikcə artır


Bu barədə Associated Press agentliyi Pentaqonun statistik məlumatına istinadla xəbər verir.

Təkcə bu ilin əvvəllərindən bu yana əsgərlər arasında 154 intihar halı qeydə alınıb ki, bu eyni müddətdə ABŞ ordusunun Əfqanıstanda verdiyi itkidən təxminən 2 dəfə çoxdur.

Ötən ilin ilk yarısında isə ABŞ ordusunda 130 intihar halı qeydə alınıb.

İntihar hallarının artması hərbi vəziyyətin davam etməsi, sarsıntı, dərmanlardan məqsədyönlü istifadə edilməməsi və maliyyə problemi ilə izah edilir.
XS
SM
MD
LG