Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:53

Obama respublikaçıların iddiasını rədd edir


ABŞ prezidenti Barack Obama məxvi informasiyaların qəsdən yayılması ilə bağlı respublikaçıların bəyanatını rədd edib.

Respublikaçılar partiyasının bir qrup üzvü hesab edir ki, Obama hökuməti bu məlumatların yayılmasına siyasi məqsədləri üçün imkan verir.

Barack Obama Vaşinqtonda keçirdiyi mətbuat konfransında məxfi məlumatlar yayayn şəxslərə qarşı dözümsüz siyasət yeritdiyini bildirib və qeyd edib ki, bu cür hallar qəti şəkildə araşdırılmalıdır.

New York Times qəzetinin bu yaxınlarda prezident administrasiyasındakı anonim mənbələrə istinadla ABŞ-ın məxfi əməliyyatları barədə 2 material cəlb edib.

Söhbət ilk növbədə pilotsuz təyyarələrin hədəfinin neçə seçilməsi və İran nüvə obyektlərinin internet saytlarına kiber hücumların planlaşdırılmasından gedir.

Mərkəzi Kəşviyyat İdarəsi informasiya sızması ilə bağlı araşdırmalara başlayıb.

Konqres üzvləri məxfi məlumatların yayılmasına görə czanı ağırlaşdırmağa çağırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG