Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:26

Fələstin prezidenti BMT-yə müraciət edə bilər


Fələstin prezidenti Mahmud Abbas Fələstinə BMT-də subyekt yox, “müşahidəçi dövlət” statusu verilməsilə bağlı məsələ qaldıra bilər.

Mahmud Abbas bildirib ki, əgər İsrail Şərqi Qüds və İordan çayının qərb sahilində yəhudi qəsəbələrinin tikintisini dayandırmasa o BMT-nin baş assambleyasında belə bir məsələ qaldırcaq.

Müşahidəçi dövlət statusu Fələstinə təşkilatda səsvermə hüququ verməsə də bu
Beynəlxalq Cinayət Məhkəməsi də daxil olmaqla fələstinlilərin beynəlxalq təşkilatlarda iştirakına yol açır.

BMT-nin bərabər hüquqlu üzvü olmaq üçün təhlükəsizlik şurasının 9 üzvünün dəstəyi lazımdır.

Amma İsrailin müttəfiqi olan Birləşmiş Ştatlar bildirib ki, sülh danışıqları bərpa olunmayınca bu məsələyə veto qoyacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG