Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:22

İspaniya banklarına azı 40 milyard dollar lazımdır


İspaniya bankları maliyyə bazarında vəziyyətin pisləşməsinə hazır olmaq üçün ehtiyatlarını azı 40 milyard dollar artırmalıdırlar.

Belə bir qənaətə Beynəlxalq Valyuta Fondunun ekspertləri gəliblər.

Amma onların sözlərinə görə, əgər vəziyyət ciddi olsa bu məbləğ də bəs etməyəcək.

İspaniyanın bank sistemi borc böhranına görə təhlükə ilə üzləşib.

Ölkənin ən iri bankı olan “Bankia” hökumətdən kömək istəyib, son zamanlar bir çox bankların kredit reytinqi beynəlxalq agentliklər tərəfindən aşağı salınıb.
XS
SM
MD
LG