Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:35

Odessa-Bakı aviareysi açılıb


Ukraynanın «Aerosvit» aviaşirkəti Odessa-Bakı-Odessa marşrutu üzrə birbaşa uçuşlara başlayıb.

Şirkətin Bakıdakı ofisindən «APA»ya bildiriblər ki, aviareys hər həftənin V günləri Odessadan saat 18:00-da (yerli vaxt), Bakıdan isə saat 23:50-də (yerli vaxt) yerinə yetirilir.

«Boeing 737-300» tipli avialaynerlə yerinə yetirilən bir istiqamətə uçuşun vaxtı 2 saat 50 dəqiqə təşkil edir.

Hazırda hər iki istiqamətə bir aviabiletin qiyməti 420 manatdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG