Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:03

Həlak olmuş əsgərin yaxınları etiraz aksiyası keçiriblər


İyunun 5-də Ağstafadakı hərbi hissələrdən birində həlak olan əsgər Elmin Quliyevin yaxınları Milli Məclisin binası qarşısnda etiraz aksiyası keçirməyə cəhd ediblər. Mərhumun əmisi İsmayıl Quliyev özünü yandırmağa cəhd edib.

Onun Azadlıqradiosuna dediyinə görə, Elminin ölümünə heç bir dövlət qurumundan reaksiya verilməməsi onlara pis təsir edib:

“İyunun 5-də qardaşım oğlu həlak olub 3 gün sonra cənazəsini gətirib atıblar üstümüzə. Nə dəfn etməyə yer veriblər, nə dövlət qurumlarından maraqlanan olub. Axı bu Elmin hərbi xidmətdə ölüb. Bizim ailədən 3 nəfər şəhid olub. Belə olmaz axı. Vətən uğrunda ölüm, biz buna narazı deyilik, biz əsgərə qiymət verilməməsinə narazıyıq.

Ona görə də anamla Elminin şəkillərini götürüb getdik Milli Məclisin qabağına ki, bəlkə səsimizə səs verən oldu”.

İsmayıl Quliyev xəsarətlər aldığı üçün 1 saylı şəhər klinik xəstəxanasına aparılıb və ilkin tibbi yadımdan sonra evə buraxılıb.

Elmin İsmayılovun hərbi xidmətinin bitməsinə 15 gün qalırmış. O, Ağstafadakı hərbi hissələrdən birində tikinti işləri aparılarkən digər bir əsgərlə beton pilitənin altında qalaraq vəfat edib.

Elmin İsmayılovun ailəsi Zəngilan rayonundan məcburi köçkündür. Bakının Xətai rayonundakı yataqxanada məskunlaşıblar.

Müdafiə Nazirliyindən bu hadisəyə hər hansı reaksiya lamaq mümkün olmayıb.
XS
SM
MD
LG