Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:43

Philip Roth Şahzadə Asturias mükafatına layiq görüldü


Philip Milton Roth
Philip Milton Roth
Amerika yazıçısı Philip Roth ədəbiyyat sahəsində nüfuzlu ispan mükafatı sayılan Şahzadə Asturias mükafatına layiq görülüb.

Xəbəri «The Guardian» yayıb.

Qalibin adı iyunun 6-da Ovyedo şəhərində yerləşən Şahzadə Asturias Fondunda açıqlanıb.

Münsiflər heyəti Philip Roth'u 24 namizədin içindən seçib. Jürinin fikrincə, yazıçının əsərləri dünya ədəbiyyatına layiqli töhfədir.

Beləliklə, payızda Philip Roth'u 50 000 avroluq mükafat gözləyir. Çünki mükafatın təqdimatı təntənəli şəkildə payızda düzənlənəcək.

«The Guardian» yazır ki, tanınmış yazıçı mükafatı qazandığından çox şaddır.

Amma etiraf edib ki, mükafat xəbərini çox ağrılı qarşılayıb. Çünki 1994-cü ildə bu mükafatı almış «əziz dostu» Carlos Fuentes'i xatırlayıb.

«Əziz dost»-- Latın Amerika yazıçısı Carlos Fuentes bu il mayın 15-də həyata vida edib.

Fuentes’in dostu Philip Roth mükafat sarıdan heç də korluq çəkmir. O, bir sıra nüfuzlu ədəbiyyat mükafatlarının laureatıdır:

Philip Roth 1933-cü ildə doğulub.

İlk romanını 29 yaşında yazıb.

25 kitabın müəllifidir.

Doğulduğu şəhərin— Nyuarkın bir meydanına ünlü yazıçının adını veriblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG