Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:14

Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin ardınca iqtisadiyyat nazirləri də görüşür



Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirləri iyunun 8-də Türkiyənin Trabzon şəhərində görüşüblər.

Görüşdən sonra keçirilən mətbuat konfransında bəyannamə imzalayan nazirlər ölkələri arasında iqtisadi əlaqələrin güclənməsinin zəruri olduğunu bildiriblər.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, iyunun 9-da üç ölkənin iqtisadiyyat nazirləri də Türkiyənin Qars şəhərində görüşəcəklər.

Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq cəbhə xəttində son hadisələrin baş verməsinin münaqişənin dondurulmuş olmadığını söyləmiş və bu münaqişənin regionun təhlükəsizliyini və sabitliyini sarsıtdığını və regionun gələcəyi üçün bir təhlükə olduğunu qeyd edib.

Bu həftənin əvvəlindən Azərbaycan və Ermənistan bir-birini atəşkəsi pozmaqda ittiham edir. Ermənistan 3, Azərbaycan isə 5 əsgərinin həlak olduğunu bildirir.

Azərbaycanın Müdafiə Nazirliyi son bir neçə gündə təmas xəttinin bütün istiqamətlərində atəşkəsin pozulduğunu bildirir.
XS
SM
MD
LG