Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:37


Gürcüstanda iyunun 8-də Gürcü Arzusu müxalifət koalisiyasının üç fəalı saxlanıb. Onlar oktyabra nəzərdə tutulan parlament seçkisi ilə əlaqədar seçicilər arasında təşviqat materialları paylayarkən onlara 1000 lari – təxminən 520 manat rüşvət verməkdə ittiham edilirlər. Məhkəməyə qədər istintaq dövründə - 60 gün ərzində onlar həbsdə qalacaqlar.

Müxalifət fəallarının seçicilərə pul verməsi barədə kadrları Gürcüstanda müstəqil Rustavi 2 telekanalı da nümayiş etdirib.

Gürcü Arzusu bu həbsə görə hökuməti siyasi təzyiqlərdə ittiham edib. Amma saxlananların hər üçün koalisiyada tutduqları vəzifələrdən azad edib.

Gürcü Arzusu koalisiyasına milyarder Bidzina İvanishvili rəhbərlik edir. O, gələn prezident seçkisində iştirak edəcəyini bildirib.
XS
SM
MD
LG