Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:20

Çin Tacikistana 1 milyard dollar verir



Tacikistan prezidentinin ofisindən verilən məlumata görə Çin Tacikistana 1 milyard dollar miqdarında borc və yardım verir. Bu məbləğin əksəriyyəti Sement zavodunun tikintisinə xərclənəcək.

İyunun 8-də yayılan rəsmi xəbərdə deyilir ki, Çindən verilən pulun 600 milyon dolları ildə 3 milyon ton sement istehsal edə bilən zavodun tikintisinə xərclənəcək.

Bu zavodun tikintisi Çinin dövlət şirkəti Milli Minerallar Qrupu ilə Tacikistanın alüminium şirkətinin birgə layihəsidir.

Çinin ayırdığı borcun 400 milyon dolları isə Tacikistanın paytaxtı düşənbədə yeni elektrik stansiyasının tikintisinə sərf olunacaq.
XS
SM
MD
LG