Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:06
İyunun 8-də Kult.az Mədəniyyət Portalının təşkilatçılığı ilə keçirilən IV «Nəsimi» Milli Ədəbiyyat Müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Müsabiqənin təşkilatçısı Zahir Əzəmət bildirib ki, müsbiqəyə 200-ə yaxın mətn daxil olub.

Təşkilat komitəsi 20-lik siyahını müəyyən edəndən sonra, növbəti mərhələ ekspertlərin ixtiyarına verilib. Ekspertlər şurasında Vidadi Qafarlı, Elnarə Akimova, Şərif Ağayar, Qan Turalı, Aqşin Yenisey təmsil olunublar.

Müsabiqənin proza üzrə xüsusi mükafatına Şəbnəm Xeyrulla və Oğuz Ayvaz layiq görülüblər. Hekayə nimonasiyasında birinci yerin qalibi Samirə Əşrəf olub. İkinci yeri Günel Xəzəl və Namiq Vəliyev, üçüncülüyü isə Ruslan Mollayev və Fuad Mirzəyev bölüşüblər.

Şeir nominasiyasında birinciliyi Leyla Nənə qazanıb. II yerin sahibi Samir Kərimoğlu, Aqşin Evrən, III yerin isə Lalə Məhərrəmli və Emin Piri olublar.

Mərasimdə həmçinin Nəsimi Milli Ədəbiyyat Mükafatına layiq görülən 2 nominantın adları açıqlanıb. Vaqif Səmədoğlu və “Qanun Nəşrlər Evi” sözügedən mükafata layiq görülüb.

Mükafatlandırma mərasimində “13 və 1” proza almanaxının təqdimatı da baş tutub.

Qeyd edək ki, müsabiqənin əsas sponsor partnyoru ANN.Az xəbər portalıdır.

ANN.az - ın çəkdiyi fotolar:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG