Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:58
Anarın məşhur «Dədə Qorqud» povesti Moskvadakı «Mərcani» nəşriyyatında çıxıb.
Xəbəri AzadlıqRadiosuna Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən veriblər.
Mətbuat xidmətindən bildiriblər ki, bu, «Dədə Qorqud»un Moskvada üçüncü təkrar (1980-1989) nəşridir.

Üçüncü kitabın özəlliyi nəşrə rəssam Toğrul Nərimanbəyovun tərtibat verməsidir.

Kitab mərhum moskvalı türkoloq Xalıq Koroğlunun vaxtilə yazdığı Ön Sözlə açılır.
Kitaba moskvalı alimlər D.D.Vasilyevin və T.A.Anıkıyevanın fikirləri və şərhləri də əlavə edilib.

Anarın «Dədə Qorqud» pyesi əsasında «Azərbaycanfilm» studiyasında film də çəkilib.
Əsər özü isə indiyədək bir çox ölkələrdə çap olunub.

Anarın müxtəlif ölkələrdə nəşr olunan kitablarının ümumi sayı 50-dən artıqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG