Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:10

Hollandiyalı oyunçular irqçi şüarlardan şikayət ediblər



Polşada təlimdə olan Hollandiya futbol yığmasının oyunçuları içtimai təlim zamanı səslənən irqçi şüarlardan şikayət ediblər. Komandanın kapitanı Mark van Bommel deyib ki, iyunun 6-da Krakovda təlim zamanı kənarda olan tamaşaçıların bəzilərinin irqçi şüarlar səsləndirib meymun burnu göstərmələri olduqca utancvericidir.

Bununla da iyunun 8-də Polşa və Ukryanada başlayan futbol üzrə Avropa Çempionatında irqçilik hərəkətlərindən narahatlıqlar daha artıb.

Amma UEFA həmin təlim zamanı hər hansı irqçi hərəkətlər olmadığını, yalnız kiçik bir azarkeş qrupu Krakovda oyunların keçirilməsinə UEFA-nın qadağa qoymasına etiraz edib.
İyunun 8-də Polşada start götürən Çempionatın ilk oyunları Polşa-Yunanıstan, Rusiya-Çex Respublikası arasında keçiriləcək.

Hollandiya-Danimarka və Almaniya-Portuqaliya oyunları isə iyunun 9-da Ukraynada olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG