Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:56

Vyanada Iranla yeni nüvə danışıqları başlayır



Beynəlxalq Atom Enerjisi Agentliyi ilə İran arasında nüvə danışıqlarının növbəti raundu Avstriya paytaxtı Vyanada başlayılb. Agentlik iyunun 8-də keçirilən danışıqlarda İranı bu ölkədəki nüvə obyektlərinə baxış keçirməyə imkan yaradılmasına razı salmağa çalışır.

Qərb İranın həmin zavodlarda nüvə silahı yaratmağa çalışmasından şübhələnir. Amma Tehran nüvə proqramının yalnız dinc məqsədlər daşıdığında israr edir.

Dünən Avropa Birliyi Tehranı etimad yaratmaq istiqamətində addımlar atmağa çağırıb.
İyunun 18-i və 19-da İranın nüvə proqramı ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniyanın iştirakı ilə Moskvada da müzakirə ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG