Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:46

«DTK əməkdaşı Heydər Əliyev və milli kadrlar» mövzusunda dərslər keçirilir


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!



ŞAHBUZDA YAZ – TARLA İŞLƏRİ GENİŞ VÜSƏT ALIR
«Muxtar Respublikamızın dağlıq zonası sayılan Şahbuz rayonunda da aqrar bölmənin inkişafı diqqət mərkəzindədir. Bölgənin torpaq mülkiyyətçiləri daxili bazarın tələbatına uyğun kənd təsərrüfatı məhsulları istehsal etmək, muxtar respublika sakinlərinin ərzaq məhsulları ilə etibarlı təminatına köməklik göstərmək üçün yaradılan hərtərəfli şəraitdən, göstərilən qayğıdan səmərəli istifadə edirlər.
Şahbuz Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, yazın ilk günlərindən sahələrə çıxan torpaq mülkiyyətçiləri ilin bol məhsulunun əsasını qoymağa çalışırlar. Bu günədək rayonda 718 hektar sahədə şum qaldırılıb. Bölgənin taxılçıları 199 hektar sahəyə toxum səpiblər ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur. Rayonda önəm verilən sahələrdən biri də kartofçuluqdur. Bu günədək 209 hektar sahədə əkin keçirən torpaq mülkiyyətçiləri cari ildə daha bol məhsul əldə etmək üçün sahələri bir qədər də genişləndirmək fikrindədirlər. Tərəvəzçilikdə zəngin təcrübə qazanan rayonun kənd adamları 114 hektar sahədə tərəvəz əkiblər. Hələlik 85 hektar sahədə isə dənli – paxlalı bitkilərin əkini keçirilib. 2 hektar sahədə bostan bitkiləri, 1 hektarda günəbaxan əkilib».
HEYDƏR ƏLİYEV MUZEYİNDƏ DƏRSLƏR KEÇİRİLİR
...İlk belə dərs Heydər Əliyev adına tam orta məktəbin şagirdlərinin iştirakı ilə keçirilib. Bu dərsdə muzeyin direktoru Ramil Orucəliyev ulu öndər Heydə Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında şagirdlərə məlumat verib, onların suallarını cavablandırıb. Həmin günün dərsi «Əlaçı şagird, bilikli tələbə. Heydər Əliyevin təhsil illəri» mövzusunda idi. N saylı hərbi hissənin orta məktəbinin şagirdlərinin qatıldığı dərsdə «DTK əməkdaşı Heydər Əliyev və milli kadrlar» mövzusunda danışılıb.
...Dərsdə şagirdlərin diqqətinə çatdırılıb ki, milli dəyərlərin qorunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider hər bir azərbaycanlıya harada yaşamasından asılı olmayaraq milli dəyərlərə sadiq olmağı tövsiyə edərək deyirdi: «Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli – mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir».
...Qeyd edək ki, bu gün Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri muzeydə olacaq. Burada onlara ulu öndərimizin 1969 – 1982-ci illərdə respublikaya rəhbərliyi dövründə sosial – iqtisadi dirçəliş, mədəniyyətin, təhsilin və elmin inkişafı barədə ətraflı məlumat veriləcək
DİGƏR MƏQALƏ BAŞLIQLARI:
- Hərbi xidmətə yolasalma mərasimləri davam edir
- Culfa rayonunda əmək yarmarkası
- Naxçıvan səhiyyəsində müasir metodlar
- «Cəsurlar» zona birinciliyində qüvvəsini sınayıb

Şərhləri göstər

XS
SM
MD
LG