Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:01

Bakı səmasında qəribə görünülərə rus raketi səbəb olub [Video]


İyunun 7-si axşam saatlarında səmada ətrafa işıq saçan obyekt müşahidə olunub.

Azərbaycanın müxtəlif bölgələrindən görünən yanar cismi adamlar lentə də alıb.

Görənlər bunun Uçan Naməlum Obyekt (UNO) və meteorit olduğunu güman ediblər.



İyunun 8-də Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatdan isə aydın olur ki, həmin obyekt Rusiyanın sınaqdan keçirdiyi «Topol» qitələrarası ballistik raketi imiş

Məlumatda qeyd edilir ki, iyunun 7-si Moskva vaxtilə saat 21:39-da Həştərxandakı «Kapustin Yar» poliqonundan buraxılan «Topol» qitələrarası ballistik raket uğurla sınaqdan çıxıb. Raket Qazaxıstanın «Sarı Şaqan» poliqonundakı şərti hədəfi vurub.

Məlumatlara görə, raketi ilk olaraq Həştərxan və Volqoqrad vilayətlərinin sakinləri görüblər. Daha sonra Azərbaycan, İsrail, Əfqanıstan, Livan və s. ölkələrin sakinləri bu hadisənin şahidi olublar.
XS
SM
MD
LG