Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:45

Azərbaycanda yeni Texniki Komitəsi yaradılıb


Azərbaycanda “Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika” Texniki Komitəsi yaradılıb.

Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, iki dövlət komitəsinin (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi) birgə əmri ilə yaradılan Texniki Komitənin səlahiyyətlərinə torpaqların qiymətləndirilməsi, torpaq kadastrı, geodeziya və kartoqrafiya, coğrafi informasiya sistemləri və naviqasiya xəritələrinin təhlükəsizliyinin təmin olunması daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG