Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:45

Hillary Clintonun Azərbaycan səfəri, evləri sökülən Binəqədi sakinləri


Hillary Clintonun Bakı səfəri
Hillary Clintonun Bakı səfəri
-

«Yeni Azərbaycan» yazır ki, «Hillary Clinton müxalifətə yerini göstərdi».

Qəzetə görə ABŞ Dövlət katibinin Azərbaycana səfəri başa çatsa da bu səfər barədə müxtəlif yanaşmalar hələ də səslənir:
«Bu səfərdən ən çox təsirlənənlər isə, sözsüz ki, radikal müxalifət düşərgəsinin təmsilçiləridir. Gürcüstanda olarkən ABŞ dövlət katibi müxalifət partiyalarının təmsilçiləri ilə görüşmüşdü. Bu xəbər, əslində, Azərbaycanda özlərini müxalifət lideri adlandıranlarda bir ümid yaratmışdı. Onlar hesab edirdilər Azərbaycanda da anoloji görüş keçiriləcək».
Belə bir görüşün olmadığını yazan qəzetə görə belə bir fürsəti əldən çıxaran müxalifət indi boş-boş bəyanatlar verir.

RƏSULZADƏ QƏSƏBƏSİNDƏ EVLƏR SÖKÜLÜR
«Yeni Müsavat» yazır ki, «Vasif Talıbov rəsmən xan elan edilir». Qəzetə görə, «Orta ixtisas təhsilli müəssisələrin akkreditasiyasının ardınca, Naxçıvanın gömrük xidməti də Dövlət Gömrük Komitəsinin tabeçiliyindən alındı və Muxtar Respublika Ali Məclisinin sərəncamına keçdi. Regional separatizm dövlətin siyasətinin bir komponentinə çevirilir».
«Bizim yol» qəzeti «Yerli icra hakimiyyətləri haqqında əsasnamə»ni şərh edir. Qəzetə görə, prezidentin iyunun 6-da imzaladığı fərmanla qüvvəyə minən əsasnamədə «icra başçılarına nazirə bərabər səlahiyyətlər verilir».
Qəzet yazır ki, «bunun siyasi tərəfləri haqqında düşünmək lazımdır».
«Azadlıq» yazır ki, «Bakıda növbəti «Basin» faciəsinə hazırlıq gedir». Qəzetə görə, Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində 300 ailə evi uçurulmaq təhlükəsi ilə üz-üzədir:
«Basindən fərqli olaraq burda İlham Əliyevin «1500» manatlıq ədalətli kompensasiyası» da sakinlərə çox görülür».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG